Bakının Nəsimi rayonunda tikintidə işləyən fəhlələr qidadan zəhərlənib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayonu ərazisindəki tikintidə işləyənlər - Bakı şəhər sakinləri Təranə İsgəndərova, Arzu Hüseynova, Yelena Yakubova və Nataliya Lazerova qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hacı Zeynalov