21 İyul 2014 10:03
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda borc üstündə qətl hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqrraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Vaqif İsmayılov paytaxtın B.Bağırova küçəsində tutulub.

O, Zaqatala rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub.

Teleqraf.com-un xəbərinə görə, Vaqif İsmayılov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Zaqatala rayon sakinləri – Fizuli İsmayılov, Vaqif İsmayılov, Qeysər Əlizadə qəsdən adam öldürməkdə təqsirli biliniblər.

Ittihama görə, 36 yaşlı Fizuli İsmayılov, 31 yaşlı Vaqif İsmayılov və 33 yaşlı Qeysər Əlizadə Zaqatala rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən yeməkxanalardan birinin qarşısında 26 yaşlı İbrahim Həsənov ilə mübahisə ediblər. Mübahisə zamanı Fizuli İsmayılov İbrahim Həsənova çoxsaylı bıçaq zərbələri vurub. İbrahim Həsənov hadisə yerində ölüb. Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İbrahim Həsənovu öldürən 34 yaşlı Fizuli İsmayılov saxlanılıb.

Ev alqı-satqısı ilə məşğul olan Fizulinin mərhum Ibrahim Həsənova borcu olub. Borc üstündə yaranan mübahisə sonuncunun ölümü ilə nəticələnib. Fizuli Ismayilov cinayəti törətdikdən sonra Azərbaycanı tərk etmək istəsə də hüquq mühafizə orqanlarının sayıqlıqı nəticəsində o tutulub. Onun ifadəsi əsasında digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fizuli İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Vaqif İsmayılov 1 il, Qeysər Əlizadə 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin həbsdə olduqları gün hesablanaraq, həbsdə saxlanma müddətləri başa çatıb. Buna görə də onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Prokurorluq hökmdən apelyasiya protesti verib. Prokurorluq protestində Vaqif İsmayılov və Qeysər Əlizadənin həbs edilməsini istəyib. Prokurorluğun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmənin gedişi zamanı Vaqif İsmayılov məhkəmənin çağırışlarından yayınıb. Buna görə də məhkəmə Vaqif İsmayılovun barəsində həbsli qərar çıxarıb və qərarın icra olunması üçün Zaqatala rayon Polis Şöbəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər