Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Günəşli qəsəbəsində 1984-cü il təvəllüdlü Rzayev Şahin Altay oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
/Report/