Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki MMC-lərdən birinə məxsus rabitə stansiyasından 843 ABŞ dolları dəyərində 21 metr mis kabel kəsilərək oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Röyal Əliyev tutulub.
Röyal Əliyevin əvvəllər məhkum olunduğu bildirilir.