15 Sentyabr 2017 23:46
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinə məxsus anbardan 6000 manat dəyərində məişət cihazlarının ehtiyat hissələri oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Məhəmməd Əkbərov və Şirvan şəhər sakini Mahir Əhmədov tutulublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər