24 İyul 2014 18:36
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda iki avtomobil toqquşub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Tovuz rayonu, Böyük Qışlaq kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşlara məxsus "VAZ" və "OPEL" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal nazirliyin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobilinin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: