Lənkəranda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ləj və Qurunba kəndlərinin ərazisində şirkətlərdən birinə məxsus, ümumilikdə 285 metr dəmir borunu oğurlanıb.
Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yuxarı-Nüvədi kənd sakini Xalid Cahangirov tutulub.