14 Dekabr 2017 23:09
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Astara rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Orxan Əlizadə həbs edilib.

Orxan Əlizadədən 41,2 qram tiryək götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 350 qram tiryək aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov