19 Dekabr 2017 11:49
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda oğurluqda təqsirləndirilən Asəf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Asəf Nəbiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından həbs olunub.

İttihama görə, bu ilin mayında Xaçmaz rayonunda silsilə oğurluqlar etməkdə şübhəli bilinən Asəf Əliyev saxlanılıb. Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi digər oğurluq faktlarının da üstü açılıb.

Belə ki, Xaçmaz şəhər sakini Zaur Zeynalov polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğun oğurlandığını bildirib.

Həmin gün Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb.

Asəf Nəbiyev daha əvvəllər də məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər