23 Dekabr 2017 19:59
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon Polis İdarəsi narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Tamıyev saxlanılıb.

Ondan güclü psixotrop təsirə malik 20 ədəd “Metamfetam” həbləri aşkar edilib.

Əməliyyat tədbirləri ilə psixotrop tərkibli dərmanların əldə edildiyi mənbə müəyyən edilib, Bakı şəhər sakini Fuad Hüseynov da saxlanılıb. Baxış zamanı ondan 0,157 qram heroin və güclü psixotrop təsirə malik 27 ədəd “Tramadol”, 8 ədəd “Lirika” və 1 ədəd “Metadon” həbləri aşkar edilib.


Müəllif: Hacı Zeynalov