Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, 3-cü mikrorayon dairəsində 1983-cü il təvəllüdlü Rəşad Sailovun tanışı ilə mübahisəsi əlbəyaxa davaya çevrilib.
Dava zamanı Rəşad Sailovu tanışı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan Rəşad xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyev həbs edilib.
İstintaqa ifadəsində Emin Əliyev törətdiyi cinayəti etiraf edib, bildirib ki, tanışı olan Rəşad Sailovun onun qardaşı ilə mübahisə etdiyini görüb. Onları aralamaq istəyəndə Rəşad Sailov ona bir şillə vurub.
Bundan əsəbiləşən Emin Əliyev bıçağa əl atıb, Rəşada bir neçə zərbə vurub.
Faktla bağlı cinayət işi başlanıb.