27 Dekabr 2017 12:13
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda qətl baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində, Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Qəzənfər Musayev bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzənfər Musayevi 1952-ci il təvəllüdlü həmyerlisi Semur Muradov qətlə yetirib.

Qəzənfər Musayev dekabrın 26-da axşam saatlarında evində içki məclisi düzəldib, məclisə tanışı Semur Muradovu da dəvət edib.

İçib sərxoş olan Semur Muradovun Qəzənfər Musayevlə olan keçmiş xatirələrini yada salıb. Bu isə ev sahibinin xoşuna gəlməyib. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Semur Muradov stolun üstündə olan bıçaqla Qəzənfər Musayevə bir neçə bıçaq xəsarəti yetirib.

Cinayəti törədən Semur Muradov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanması mümkün olub.

İstintaq araşdırması zamanı məlum olub ki, Semur Muradov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər