16 Yanvar 2018 00:29
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu ərazisində soyğunçuluq baş verib.

Teleqraf.com xəbər verir ki, 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını əlindən alıblar.

24-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən paytaxt sakinləri Pərviz Quliyev və Elməddin Quliyev saxlanılıblar.

İstintaq araşdırması zamanı hər iki şəxsin əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər