2 Fevral 2018 00:46
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Digah qəsəbəsində 1980-ci il təvəllüdlü Elsevər Qasımov işdən evə qayıdarkən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Elsevər Qasımov tanışı ilə pul borcu üstündə mübahisə zəminində bıçaqlanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Polis həmin şəxsin tutulması üçün tədbirlər görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər