İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi iki qadın barəsində axtarış elan edib.
Teleqraf.com xəbər verir ki, onlardan biri Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovadır. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib.
Günay Axundovanın barəsində həbs qətimkan tədbiri seçilib.
İdarə tərəfindən axtarışa verilən digər qadın Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Samirə İbrahimovadır. Onun da barəsində həbs qətimkan tədbiri seçilib və insan alveri ittihamı üzrə istintaqdan yayındığı üçün axtarış elan edilib.
Qeyd edək ki, idarə 2017-ci ildə 5 nəfərin barəsində axtarış elan edilib. Bunlar Sumqayıt şəhər sakini Məlahət Bəşirova, Bakı şəhər sakini Elçin Heydərov, Şəmkir rayon sakini Natavan Bayramova, Gəncə şəhər sakini Sədaqət Əliyeva, Xaçmaz rayon sakini Züleyxa Həsənovadır.
2016-cı ildə insan alveri ilə məşğul olan 2 qadının, 2015-ci ildə 3 qadının, 1 kişinin, 2014-cü ildə isə 4 qadının barəsində axtarış elan edilib.