Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər cerir ki, şəhər ərazisindəki tibbi mərkəzlərdən birindən 60 manat, 400 manat dəyərində qızıl əşyalar və sənəd olan çanta oğurlanması barədə Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini Elvin Niyazov saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər məhkum olunduğu da üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.