Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini N.Əzizovanın çantasından içərisində 170 manat və sənəd olan pulqabısını oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Seymur Hacıyev saxlanılıb.