Ağstafa rayonunda oğurluq baş verib.
Teleqraf.com-un məlumatına görə, rayon ərazisindəki evlərin birindən 15572 manat və 800 ABŞ dolları oğurlanması barədə polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xanlıqlar kənd sakini Məryəm Qurbanova həbs edilib.