13 Mart 2018 11:41
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışının üstünə benzin tökərək yandırmaqda təqsirli bilinən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Səbuhi Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbuhi Ağayev Yasamal rayonunda münaqişə zəminində tanışı Anar Muradovun üzərinə benzin tökərək yandırıb.

Hadisə zamanı Səbuhi Ağayevin sərxoş vəziyyətdə olub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər