28 Mart 2018 11:03
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Fərhad Məmmədxanovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Vəsatət təmin edilməyib. Məhkəmə baxışı aprelin 4-ə təyin edilib.

İttihama görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fərhad Məmmədxanov bir neçə vətəndaşdan işə düzəltmək adı ilə ümumilikdə 800 min manat alıb. O, həmçinin telefon mağazasından “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanov həbs edilməmişdən 8 ay öncə təqaüdə çıxıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər