30 Mart 2018 19:06
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanları aldadan və zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Sabunçu rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirərək 60 min manat pulunu ələ keçirib.

Zərərçəkən həmin şəxsə pulu 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində verib.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər