Bakıda general Səmədbəy Mehmandarovun nəvəsinə qarşı dələduzluqluqda təqsirləndirilən Zaur Əsgərov həbs edilib.
Teleqraf.com xəbər verir ki, Zaur Əsgərovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Zamində olan Zaur Əsgərov məhkəmənin çağırışlarına gəlməyib, təqsirləndirilən şəxs qismində təyin olunan məhkəmə iclaslarında iştirak etməyib. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunub.
Axtarış elan olunması barədə qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Zaur Əsgərov həbs edilib və Kürdəxanı istintaq təcridxanasına göndərilib.
Zaur Əsgərovun barəsində olan iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Yaxın günlərdə Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Zaur Əsgərov general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarlıya qarşı dələduzluq edib. O, qızıl ticarəti adı altında 12 min manat məbləğində pul alıb və sonrada dələduzluq yolu ilə ələ keçirib.