1 İyun 2018 01:42
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrupa İnsan Hakları Məhkəməsi (AİHM) 2004-cü ildə polis tərəfindən zorakılığa məruz qalan Abdulqadir Qədirin işilə bağlı qərarını açıqlayıb.

AİHM Fransanı 6,5 milyon avro təzminatla cəzalandırıb.

2004-cü ildə Paris yaxınlığındakı Villeparisis-Mitry-le-Neuf dəmir yolu stansiyasında qatarı daşlamaqda şübhəli bilinən 21 yaşlı Qədir polisin zorakılığına məruz qalıb. O, aldığı ağır zədələr üzündən xəstəxanaya düşüb.

Yerli məhkəmələr Qədirin işilə bağlı verilən şikayətlərə rədd cavabı verib. Qədirin vəkilləri AİHM-dən Fransanı 100 min avro cərimələməsini tələb ediblər. Amma məhkəmə daha yüksəm cərimə təyin edib.

Qeyd edək ki, Abdulqadir Qədir aldığı işgəncələr üzündən hazırda sərbəst hərəkət edə bilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər