11 İyun 2018 11:58
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbs edilən İran İslam Respublikasının vətəndaşı Ebrahimi Milaninin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Ebrahimi Milani ölkəsinə ekstradisiya edilib.

Külli miqdarda dələduzluqda təqsirləndirilən Ebrahimi Milani İran İslam Respublikasının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib, axtarışa verilmə qərarının icrası ilə bağlı Azərbaycanda həbs edilib.

O, Azərbaycanda taxıl biznesi ilə məşğul olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər