29 İyun 2018 17:26
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Zahid Məmiyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Zahid Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən Nəsir Əkbərov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nəsir Əkbərova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

İstintaq orqanı tərəfindən Zahid Məmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mərhumun qardaşının sözlərinə görə, qətl hadisəsi qız üstündə törədilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər