3 İyul 2018 15:29
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zaur Qasımov 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci il noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Zaur Qasımov münaqişə zəminində Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədovu sinə nahiyəsindən bıçaqlayıb.
Ürəyindən zədə alan Xəyal Məmmədov xəstəxanada ölüb.

Məlum olub ki, hər iki şəxs bir-birilərini əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib.

Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər