11 İyul 2018 10:11
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun barəsində olan hökümdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Gündüz Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gündüz Hüseynov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, Gündüz Hüseynov öz işçilərinə dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunub.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilib.

“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər