18 İyul 2018 15:36
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda qətl törətməkdə təqsirli bilinən Zakir İsgəndərovun barəsində həbs qətimkan tədbirini seçilməsi barədə müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin təqdimatı təmin edilib.

Məhkəmənin qərarı ilə Zakir İsgəndərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, qətl hadisəsi bu ilin iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində baş verib.

Həmin ərazidə iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov