2 Oktyabr 2018 12:16
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Rayonlararası Onkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən baş həkimi Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əli Əliyev və onunla birlikdə həbs edilən daha 7 nəfərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 5-nə təyin edilib.

Əli Əliyev və onunla birlikdə mühakimə olunanların barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Əli Əliyevlə birlikdə mühakimə olunanların bir neçə həkimdir.

Dəstə üzvlərinin sayı 8 nəfərdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər