21 Avqust 2014 14:45
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda xuliqanlıq zəminində cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsindən məlumat verilib.


Məlumata görə, hadisə rayonun C.Hacıbəyli küçəsində qeydə alınıb. Bakı şəhər sakini Kamran Cəfərov xuliqanlıq zəminində həmyerlisi Kamran Kərimovu döyüb və ona məxsus “Ford-Trasit” markalı avtomobilə qismən ziyan vurub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Cəfərov tutulub.

Hacı Zeynalov


Müəllif: