Ağsu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini C.Qədimovun bank hesabından 210 manat oğurlanıb.
Zərərçəkmiş Ağsu rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, oktyabrın 1-də təqaüd almaq üçün rayon mərkəzinə gedib. Bank kartını pul çıxarmaq üçün orada olan bir nəfərə verib.
Kartı bankomata salan həmin şəxs pulu çıxarsa da, ona verməyib. Deyib ki, kartda pul yoxdur. Sonra həmin pulu özü götürüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Vidadi Qədimov saxlanılıb.