3 Oktyabr 2018 15:12
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda, rüşvətə təhrikdə ittiham olunan Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Şahin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şahin Hüseynov xəstəliкdən əziyyət çəkən Beyləqan rayon sakini Səadət Gülalıyevanın təqaüd alması üçün ona kömək edəcyinə onun əri Vilayətə deyib.

Şahin Hüseynov Vilayəti bu işi düzəldəcəyinə inandırıb və onun 1700 manat məbləğində pul verəcəyi halda Səadət Gülalıyevanın qısa zamanda təqaüd almasını təmin edəcəyinə yalan vəd verib. O, Vilayətdən pulunu alsa da, vədinə əməl etməyib.

Bundan sonra Şahin Hüseynov Beyləqan rayonunun Bahar qəsəbəsi sakini Elman Rüstəmovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyevlə yaxın münasibətdə olduğuna görə sonuncunun vasitəsilə ayrı-ayrı şəxslərin ünvanlı sosial yardım almasını təmin etmək imkanına malik şəxs olmasına inandırıb. O, Elman Rüstəmovu ələ alıb, sonuncunu qeyd etdiyi vəzifəli şəxsə 500 manat məbləğində rüşvət verməklə, tez bir zamanda sənədlərin toplanacağı və ünvanlı sosial yardım alacağına dair yalandan vəd verib.

Şahin Hüseynov 12 yanvar 2016-cı il tarixdə həmin mərkəzin binası yaxınlığında Elman Rüstəmovdan 500 manat məbləğində pul alıb.

Daha sonra Şahin Hüseynov sosial yardım və təqaüd düzəltmək adı ilə Beyləqan rayon sakinləri – Zümrüd Məmmədovadan 500, Qasım Orucovdan 1200, Rauf Miriyevdən 600, Emin Cəfərovdan 450, Eyvaz salmanovdan 170, Elgün Təhməzovdan 500, Məhəmməd Hüseynovdan 600, Vilayət Ağayevdən 400, Rüfət Əhmədxanovdan 550, Nazər Qarayevdən 350, Elman Rüstəmovdan 600, Tural İmanovdan 600, Seymur Əliyevdən 600, Qoşqar Hüseynovdan 600 manat alaraq, dələduzluq edib.

Şahin Hüseynov bütün zərərçəkmişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan rayon Mərkəzinin müdiri Anar Vəliyev ilə yaxın münasibətdə olduğunu, aldığı pulları həmin vəzifəli şəxsə rüşvət verəməklə aldadıb.

İstintaq orqanı tərəfindən Şahin Hüseynovun barəsində Cinayət Məcəlləsinin n 178.2.2-ci (təkrar dələduzluq etmək) və 32.4, 312.2-ci (rüşvət verməyə iştirakçılıq etmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şahin Hüseynov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, işinə yenidən baxılmasını, barəsində daha yüngül cəza təyin edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada Şahin Hüseynovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda apelyasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər