Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əfsər İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2016-cı ilin iyunun 21-də Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında Əfsər İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Əfsər İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.