22 Avqust 2014 12:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsində məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu Şəhər şossesində Bakı şəhər sakini Firudin Aslanov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Elşən Nuriyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hacı Zeynalov


Müəllif: