Bakıda məktəblini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Möhsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəsatətlə çıxış edən prokuror Möhsüm Bağırovun barəsində seçilən polisin nəzarəti altına verilmə qətimkan tədbirin ləğv edilməsini, onun barəsində həbs qətimkan tədbirini seçilməsini istəyib.
Hakimlər prokurorun vəsatətini təmin edib.
Möhsüm Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalında həbs olunub.
Növbəti proses noyabrın 13-də davam edəcək.
İttihama görə, Möhsüm Bağırov Novruz bayramı ilə əlaqədar partlayıcı maddə almaq istəyib.
Bunu qonşusu, 6-cı sinif şagirdi Nicat Abdullayevə təklif edib.
Sonuncu bundan imtina etdiyi üçün, onu qəbiristanlığa aparıb.
Möhsüm Bağırov qəbiristanlıqda Nicatın başına daşla vuraraq, onu öldürməyə cəhd edib.