Bakıda İran vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Vahid Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Vahid Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Vahid Əsgərov İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.
O, iş qurmaq adı ilə İran vətəndaşının 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.