Bakının Nizami rayonunda yanğın olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Şərifli küçəsində qeydə alınıb. Bakı şəhər sakini Vüsal Manafova məxsus evdə yanğın baş vermiş, 7 kvm. sahədə olan məişət əşyaları yanmış, xəsarət alan olmayıb.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını qəsdən törətmiş Bakı şəhər sakini Oleq Yeqorov saxlanılıb. Onun izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Hacı Zeynalov