22 Noyabr 2018 22:28
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 21-də Rusiyanın paytaxtı Moskvanın Vidnoy adlanan bölgəsində azərbaycanlı biznesmen Toğrul Tağıyev güllələnib.

Buna qədər Tağıyev tez-tez təhdidlərlə üzləşib. Avtoyuma məntəqəsi açdıqdan sonra, naməlum şəxslər ard-arası kəsilmədən ona zəng edərək, təhdidlər yağdırıblar.

Mərhumun həyat yoldaşı yeddi ay əvvəl ona qarşı sui-qəsd təşkil edildiyini də bildirib. Həmyerlimiz tibb məntəqəsindən çıxarkən, güllələnib. Uzun müddətdir ki, idmanla məşğul olan Toğrul bir neçə müddət əvvəl ayağından zədə alıb və həkimə müraciət edib. Məlumata görə, o, tibb məntəqəsindən çıxarkən, muzdla tutulmuş qatil Bakı vaxtı ilə 20:00-da ona bir neçə dəfə atəş açıb. Güllələr onun üz və bud nahiyəsinə dəyib.

Mərhumun qardaşı onu dərhal xəstəxanaya aparsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı Rusiyada cinayət işi açılıb. Mərhumun həyat yoldaşı Şəhla xanım bunları bildirib:

"Hər şey avtoyuma məntəqəsi açıldıqdan sonra başlanıb. Zənglər gəlir və təhdidlər edilirdi. Ona deyirdim, ticarətdən gələn pul da bəsimizdir. Niyə risk edək? Ancaq mənə qulaq asmırdı.Hətta bir dəfə ona qarşı sui-qəsd də təşkil etdilər. Bu sui-qəsddən sonra təhdidlər azaldı. Bundan sonra düşündük ki, hər şey sakitləşib. Ancaq bir ay əvvəl ərimin obyekti fəaliyyətə başladı. Düşünürəm ki, ona atəş açanlar eyni adamlardır. Onu dəfn etməyə gedirəm. İki övladım atasız qaldı. Uşaqlarıma hələlik bacım baxacaq”.

Qeyd edək ki, Toğrul Tağıyev 15 il əvvəl pul qazanmaq üçün Moskvaya gəlib. 2012-ci ildə isə ailə həyatı qurub.

/sfera.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər