11 Dekabr 2018 09:51
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov