26 Avqust 2014 17:07
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə avqustun 23-də, gecə saatlarında baş verib.

Bakı şəhər sakini Nahidə Həsənova Yusif adlı tanışının soyğunçuluğu ilə üzləşib. Həmin şəxs Nahidə Həsənovaya zorakılıq göstərib və daha sonra mobil telefonunu əlindən alaraq qaçıb.

Nahidə Həsənova soyğunçuluqla üzləşməsi ilə bağlı 23-cü polis bölməsinə şikayət edib. O, bildirib ki, Yusif adlı şəxsin soyğunçuluğu ilə üzləşib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Yusif Tanrıverdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: