Kür çayında iki nəfər batıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Kür çayının Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində, ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı nəzarətsiz ərazidə 2 nəfər suda batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin “Əli-Bayramlı” sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə cəlb olunublar.
Həmin gün saat 21:09-da batanlardan birinin, 1997-ci il təvəllüdlü Nərimanov Tərlan Azər oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər 1 nəfərin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.