20 Fevral 2019 19:05
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda 75 yaşlı Fevzi adlı şəxs musiqinin səsini azaltmadığı üçün oğlunu öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Aydın məhəlləsində baş verib. Atası ilə birgə yaşayan Orxan adlı şəxs axşam saatlarında evə gələndən sonra yüksək səslə mahnı dinləməyə başlayıb. Atası mahnının səsini azaltmasını xahiş etsə də, oğul buna məhəl qoymayıb.

Nəticə tərəflər arasında mübahisə qızışıb. Əsəblərinə hakim ola bilməyən 75 yaşlı kişi tüfənglə oğluna atəş açıb. Qarnından güllə yarası alan 40 yaşlı oğul həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb, Fevzi adlı şəxs saxlanılıb.


Müəllif: Leyla