30 Mart 2019 20:30
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rəna Məmmədovanın evindən 50 min manat dəyərində qızıl oğurlanıb.

Zərərçəkmiş bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Araşdırmalara başlayan polis cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri keçirir.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər