Hacıqabulda Salyan sakinindən külli miqdarda heroin götürülüb.
Teleqraf.com xəbər verir ki, Hacıqabul polis şöbəsinin əməkdaşları rayon ərazisində özünü şübhəli aparan əvvəllər məhkum olunmuş Salyan sakini, Nuriyev Nurlan Allahverdi oğlunu saxlayıblar.
Onun üzərinə baxış keçirərkən ondan 142 qramdan çox heroin aşkar edilib.
Faktla bağlı Hacıqabul polis tərəfinən araşdırma aparılır.