7 Sentyabr 2014 23:20
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Moskvanın “Sadovod” bazarında dava baş verib.

ANS TV-nin məlumatına görə, kütləvi dava zamanı azı 4 nəfərin ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. NTV telekanalının məlumatına görə, Moskva polisi davaya cəlb olunanlara müdaxilə edərkən 40 adamı saxlayıb. İlkin məlumatlara görə, tacik və slavyan mənşəli şəxslər arasında baş verən kütləvi davaya sürücülər arasında parkinq yerilə bağlı mübahisə səbəb olub.

Kütləvi dava zamanı soyuq və travmatik silahlardan istifadə edildiyi bildirilir. Davada hər iki tərəfdən 100-dən çox adam iştirak edib. Onların arasında azərbaycanlı olmayıb. Dava edən şəxslərin “Sadovod” bazarı və “Quş” bazarında özəl daşınmalarla məşğul olduğu bildirilir.

Dağıstanlı taksi sürücüsü Ruslan Saidov bu cür vəziyyətdən bezdiyini bildirib: “Orta Asiyalı geyri-leqal taksi sürücüləri həmişə burda dava salırlar. Bu isə həm bizim normal işləməyimizə mane olur, həm də yerli xalq arasında narazılığ doğurur. Çox istərdim ki, bu bazarda qayda-qanun tətbiq edilsin”.

Bu ilin yanvarında da “Sadovod” bazarında qeyri-qanuni miqrasiya, qeyri-qanuni silah saxlama, narkotik və silah satışı maddələrinə əsasən axtarış aparılarkən aralarında azərbaycanlıların da olduğu 600-ə yaxın adam saxlanılmışdı.

“Sadovod” bazarında indi sakitlik hökm sürür. Polis tərəfindən bazarın içində və ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Hadisə ilə bağlı araşdırmalar isə davam edir.


Müəllif:

Oxşar xəbərlər