9 İyul 2019 15:17
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, Bərdə rayonunun Cəyirli kəndində Kəlbəcər rayon sakini Şahvələd Nadirxanov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Pərvanə Yəhyayeva ilə mübahisə edib.

Mübahisə zamanı Şahvələd Nadirxanov balta ilə arvadına xəsarət yetirib.

Ağır xəsarət alan Pərvanə Yəhyayeva yaxınları tərəfindən Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Qeyd olunur ki, hadisənin qısqanclıq zəmində törədilib.

Məlum olub ki, Şahvələd Nadirxanovun bir müddət əvvəl həbsdən çıxıb.

İstintaq orqanı tərəfindən Şahvələd Nadirxanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər