15 İyul 2019 22:29
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Tehran vilayətinin qərbində keçirilən əməliyyatda 1 ton narkotik maddə aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Tehran vilayətinin hüquq-mühafizə orqanının polis rəisinin əvəzi polkovnik Turab Nurullahi deyib.

T.Nurullahinin sözlərinə görə, tiryək 17 kiloqramlıq yağ qutularında yerləşdirilibmiş.

Polkovnik bununla əlaqədar 3 nəfərin saxlanıldığını deyib.


Müəllif: Teleqraf.com