Bakının Binəqədi rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 42 yaşlı İftixar İsayev tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.