Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
İctimai təhlükəli əməldə şübhəli bilinən qadın tutularaq istintaqa təhvil verilib./report/