20 Avqust 2019 00:45
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi soyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girir:

“Rayona istirahətə gedirsən və döndüyün zaman "gözəl" bir mənzərə ilə rastlaşırsan! Qardaşım Vüqar Dərziyevin evini alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar! Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadı. Artıq 2-ci dəfədir ki, qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər